Disbakterioz


Sağlamlıqla bağlı probemlərin mümkün səbəblərini də depressiya, artıq çəki, köp və bağırsaqda yaranan narahatlıqlar -  disbakterioz ilə əlaqələndirmək olar.

Normal halda orqanizmamızdakı bakterial hüceyrələrin sayı insanınkından 10 dəfə çoxdur: onlar 100 trilyon olduğu halda, bizimki sadəcə 10 trilyondur. Bir insanın bağırsağında yaşayan bütün mikrobların çəkisi təxminən iki kiloqram təşkil edir. 

Bu mikroorqanizmlər bizə immun sistemimizi gücləndirməkdə, vitaminlərlə təmin etməkdə və zərərli bakteriyaların bizə təsirinin qarşısını almaqda çox kömək edir. Bundan başqa, bizim qidalardan uğurlu şəkildə enerji ala bilməyimiz bakteriyalardan asılıdır. 

Xarici mühitin çoxsaylı mənfi faktorları, xəstəliklər, tez-tez rast gəlinən stress faktorları dostlarımız olan mikroorqanizmlərin sayını azaltmaqla və onların fürsətcil rəqiblərinin sayını çoxaltmaqla mikrofloramızın təbii balansını pozur. Disbakterioz - bir çox xroniki xəstəliklərin inkişafı və artıq mövcud olanların sıx-sıx təkrarlanması üçün ən mükəmməl fondur. 

Bağırsaq disbakteriozu klinik təzahürə qədər baş verir. Bununla da, orqanizmanın müdafiə gücü zəifləyir, yoluxucu xəstəlilərə qarşı həssaslıq artr, allergiyaya meyllənmə yaranır. 

Müasir dünyanın şərtləri altında disbakteriozun təzahürünün başlamısını gözləmədən, onun inkişafını önləmək, bağırsağı faydalı mikroflora ilə doldurmaq vacibdir. 


Baha başa gələn və saxlanma şəraitindən asılı olan preparatı xüsusi şəraitdə bifido - laktobakteriya mayasından yaranan qatıqla əvəz etmək olar. 

İndi artıq siz özünüz də hər gün bu  şəfalı bakterial məhsuldan hazırlaya bilərsiniz. 

Patogen mikrofloranın faydalı artımı və saxlanması üçün əlavə yardım olaraq, marinə edilmiş çuğundur, kərəvəz kökünün şirəsi, duza qoyulmuş kələm ola bilər.